Ölkə

TƏBİB: Koronavirusa yoluxduğunu gizlədən kifayət qədər insan var

12 İyun 2020 18:14
Baxış: 1 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

COVİD-19-a yoluxaraq evdə özünü müalicə etdirən və bu xəstəliyini gizlədən kifayət qədər insan var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, belə halları gizlətmək vəziyyətin daha da pisləşməsinə səbəb olur.

Əhaliyə xəstəliklə bağlı halları gizlətməməyi tövsiyə edən V.Əliyev əlavə edib ki, pandemiya dövründə ölkədə ikinci dəfə sərt karantin rejimi tətbiq olunacaq:

"Həftəiçi günlərdə də insanlar lazımi təlimatlara əməl etməlidirlər. Əsas məqsəd odur ki, həftə sonlarında iki günlük də olsa, insanların təmasları azalsın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.