Ölkə

Ülvi Mehdiyev: İcazə sistemi qeyri-formal məşğulluğun xeyli dərəcədə aradan qaldırılmasına səbəb oldu

12 İyun 2020 18:04
Baxış: 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən xüsusi karantin rejimində 70 minə yaxın yeni əmək müqaviləsinin imzalanmasının şahidi olduq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, icazələr sistemi aprel ayının 3-dən tətbiq edilməyə başladı: "Həmin dövrdə 70 minə yaxın yeni əmək müqavilələrinin bağlanmasının şahidi olduq. Yəni təşkilatlar icazə almaq üçün icazə sistemində işçinin mütləq əmək və ya xidməti müqaviləsinin olmasını göstərməli idi. Bu cür məhdudiyyətlər onları məcbur edib ki, indiyə qədər qeyri-rəsmi işlətdiyi işçiləri rəsimləşdirsin.

Bu mənada icazə sistemi qeyri-formal məşğulluğun xeyli dərəcədə aradan qaldırılmasına səbəb oldu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.