Bu il doğulan körpələrdən 912-si əkiz, 30-u isə üçəmlər olub.
Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 10,6 təşkil edib.
Bu ilin yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilkin məlumatlara əsasən 34749 doğulan körpə qeydə alınıb.
Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır.
Cari ilin yanvar-aprel ayları ərzində qeydiyyat şöbələri tərəfindən 13738 nikaha daxilolma və 4287 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2, boşanmaların sayı isə 1,3 olub.
Milli.Az