Ölkə

Bakıda bəzi ərazilərdə qazın verilişində fasilə yaranacaq

12 İyun 2020 11:29
Baxış: 1 599
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İyunun 12-də səhər saatlarından etibarən Yasamal rayonu, Tbilisi prospekti, "Çıraq Plaza"-nın qarşısında yol keçidinin tikintisi ilə əlaqədar yeni çəkilmiş diametri 315 mm olan polietilen yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinə başlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib. Onun sözlərinə görə, bu işin icrası üçün müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Həmin müddətdə Yasamal rayonu, Tbilisi prospekti 47, 49, Ş.Mehdiyev küçəsi 95, 97, 97a, "Tamam" MTK, "Grand Həyat" MTK, 1-ci Alatava qəsəbəsində, o cümlədən Nəsimi rayonu, Salamzadə, A.Əliyev küçələrində bir qrup istehlakçının qaz təchizatında fasilə yaranacaq. Əlavə olaraq Ə.Topçubasov, 1 ci mikrorayon H.Ələsgərova, E.Qasımzadə, C.Cabbarlı küçələrində də qaz təchizatı məhdudlaşdırılıb. Qaz təchizatının günorta saatlarına qədər bərpası gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.