Ölkə

Bakıda dələduzluq: Pulu xırdalatmaq adı ilə götürüb qaçdı - VİDEO

12 İyun 2020 10:59
Baxış: 3 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda dələduzluq hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Metronun "İçərişəhər" stansiyası yaxınlığında yerləşən geyim mağazalarının birinə gələn orta yaşlı şəxs satıcıdan pulu xırdalamağı xahiş edib. Lakin o, xırda pulu satıcıdan aldıqdan sonra, bütöv pulu yan mağazadan alıb gətirəcəyinə söz versə də qaçaraq yoxa çıxıb. Hadisə anbaan kameralara düşüb.

Ərazidə olan digər obyektlər bildirirlər ki, görüntülərdə olan şəxs eyni əməli bir müddət əvvəl aptek satıcısına qarşı törədib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.