Ölkə

“Azərişıq” 2 region və 10 rayona yeni rəis təyin etdi

12 İyun 2020 10:14
Baxış: 1 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstehlakçılara göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, aparılan yenidənqurma işlərini sürətləndirmək üçün müasir və innovativ düşüncəli, yeni texnologiyaları mənimsəmiş Ağıllı Şəbəkələrin elektron idarəetmə tələblərinə cavab verən peşəkar gənc kadrlar region və rayon elektrik şəbəkələrinə rəis təyin ediliblər.

"Azərişıq" ASC-dən Milli.Az-a verilən məlumata görə, Qərb və Şimal-Qərb Regional Enerji Təhcizatı və Satışı idarələrinə (RETSİ), həmçinin Quba, Şamaxı, Qax, Oğuz, Baləkən, Şəki, Ucar, Ağcəbədi ilə yanaşı paytaxt Bakının Səbail və Nərimanov rayon elektrik şəbəkələrinə yeni rəislər təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.