Ölkə

Bakı-Sumqayıt yolunun genişləndirilməsi prosesi nə zaman yekunlaşacaq? - RƏSMİ AÇIQLAMA

11 İyun 2020 11:58
Baxış: 2 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı işlər müəyyən səbəblərdən gecikir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda yolun genişləndirilməsi prosesində son tamamlanma işləri aparılır: "Qrafikə uyğun olaraq yolun genişləndirilməsi prosesi may ayının sonu, iyun ayının ilk ongünlüyündə başa çatdırılmalı idi. İşlər normal qrafiklə davam etdirilirdi. Lakin bizdən asılı olmayan səbəblərdən yekunlaşma işlərində bəzi ləngimələr oldu. Ona görə də yolda tamamlanma işlərini proqnozlaşdırılan vaxta yekunlaşdıra bilmədik".

Qurum rəsmisi bildirib ki, yolda işlər gələn həftə ərzində tam başa çatdırılacaq və istifadəyə veriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin göstərişi ilə Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması məqsədilə yolun genişləndirilməsinə başlanılıb. Metronun "20 Yanvar" stansiyası qarşısından Masazır dairəsinə qədər olan hissədə genişləndirilmə işləri aparılıb. Bu məqsədlə yolboyu bir neçə obyekt, o cümlədən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət postu sökülərək yeri dəyişdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.