Ölkə

Bakıda altsheymer xəstəsi itkin düşüb - FOTO

10 İyun 2020 19:59
Baxış: 1 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda altsheymer xəstəsi itkin düşüb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya onun ailəsi məlumat verib.

Bildiriblər ki, Xətai rayon sakini, 1958-ci il təvəllüdlü Hüseynova Təranə Nəsib qızı dünən saat 10 radələrində "Bakubus"a məxsus 7A nömrəli sərnişin avtobusdan Ziya Bünyadov prospektində düşüb və bundan sonra ondan xəbər yoxdur.

Ailə məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə də müraciət edib. Orada faktla bağlı araşdırma aparılır.

T. Hüseynovanın fotosu da təqdim edirik.

T. Hüseynovanı görənlərdən Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə və yaxud (077) 277-13-20 nömrəsinə məlumat verməyi xahiş olunur. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.