Ölkə

İcaze.e-gov.az portalı yenidən fəaliyyətə başladı

10 İyun 2020 15:07
Baxış: 4 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində hərəkət icaze.e-gov.az portalından əldə edilən icazələr əsasında tənzimlənəcək.

Milli.Az xəbər verir ki, Prezident yanında Vətəndaşlara və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, fəaliyyətinə icazə verilən sahələr üzrə qurum və ya təşkilatlar portala indidən daxil olaraq əməkdaşlarının icazələrini "Aktivləşdir" düyməsi vasitəsi ilə aktivləşdirə bilər.

Fəaliyyətinə icazə verilən sahələr ilə Nazirlər Kabinetinin müvafiq Qərarında tanış ola bilərsiniz: https://cabmin.gov.az/az/document/4486/

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory