Ölkə

Bakı üzrə ən yüksək yoluxma faizi hansı rayonundadır? - TƏBİB AÇIQLADI

9 İyun 2020 19:27
Baxış: 2 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakı şəhərində yoluxma 50 faizin üzərindədir".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O, Bakının rayonları üzrə yoluxma statistikasını açıqlayıb: "Sabunçu rayonunda ötən həftə ərzində yoluxma halları 12.4 faiz, Yasamalda 12.3 faiz, Binəqədidə 12.3 faiz, Xətaidə 11.6 faiz, Nəsimi rayonunda 11 faiz, Suraxıda 9.4 faiz, Nərimanovda 9.1 faiz, Nizami rayonunda 7.2 faiz, Qaradağ rayonunda 7 faiz yoluxma təşkil edib".

O bildirib ki, Bakının digər rayonlarında yoluxma 4 faizdən aşağı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.