Ölkə

Evin damına çıxaraq qanunsuz çağırışlar edən paytaxt sakini saxlanılıb

9 İyun 2020 20:14
Baxış: 1 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytax sakini Qiyas İbrahimov iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq ictimai diqqəti üzərinə yönəltməklə qanunsuz çağırışlar edib.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, o, polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini deyib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib.

Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.