Ölkə

Bakı-Sumqayıt yolundakı dəmiryol körpüsü yenidən qurulacaq

31 May 2020 09:41
Baxış: 2 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Sumqayıt yolunun Xırdalan hissəsindən keçən dəmir yolu körpüsü yenidən qurulacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, körpünün dayaqları Bakı-Sumqayıt yolunun genişləndirilən hissəsinə düşür və bu da avtomobillərin hərəkətinə problemlər yarada bilər:

"Bu məqsədlə körpünün dayaqlarının sökülərək yoldan kənarlaşdırılması nəzərdə tutulur. Dayaqların yoldan kənarlaşdırılması üçün körpü yenidən qurulmalıdır. Artıq körpünün yeni layihəsi hazırdır. Layihə aidiyyəti qurumlarla razılaşdırılandan sonra işlərə başlanacaq".

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması ilə bağlı yolda genişləndirmə işləri aparılır. Layihəyə görə, Bakı-Quba yolunun paytaxtın "20 Yanvar" metro stansiyasından Masazır körpüsü istiqamətinə qədər olan hissəsi genişləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.