Ölkə

Füzulidə avtomobil aşıb, ölən və yaralanan var

29 May 2020 14:07
Baxış: 934

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, hadisə mayın 28-də Babı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 3-cü Zobucuq qəsəbə sakini Fuad Əliyev idarə etdiyi "VAZ-21214" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.