Ölkə

Bakıda mənzil qarət edən 54 yaşlı qadın tutuldu

28 May 2020 12:03
Baxış: 1 413
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda mənzil qarət olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Kərim Rəcəbovun evinə naməlum şəxs daxil olaraq oradan 600 manat və 10 manat dəyərində stəkan dəsti oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayon sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Bağdagül Məmmədova saxlanılıb.

Faktla bağlı Cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.