Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Energetika nazirinin müşaviri - mətbuat katibi Zəminə Əliyeva deyib.
O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.
Milli.Az