Ölkə

Vüsal Hüseynov: "Miqrantların maddi yardım alması ilə bağlı DMX-ə müraciətlər daxil olub"

20 May 2020 12:20
0 Şərh     Baxış: 1 119
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkədə yaşayan miqrantların maddi yardım alması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciətlər daxil olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi (DMX) Vüsal Hüseynov bu gün keçirilən onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, həmin müraciətlər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və digər aidiyyəti qurumlara göndərilib:

"Həmçinin bizim xidmətin könüllüləri vasitəsi ilə bəzi miqrantlara dəstək verilib, onlara kömək edilib. Həmin şəxslərin nəqliyyat, iş problemİ ilə bağlı müraciətlərinə isə tərəfimizdən baxılıb və səlahiyyətimiz daxilində həmin şəxslərə yardım edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.