Ölkə

İnzibati icraatda köməyə ehtiyacı olan əlilliyi olan şəxslər bəzi xidmətlərlə təmin olunacaq

19 May 2020 16:13
Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnzibati icraatda iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyac duyan əlilliyi olan şəxslər bəzi xidmətlərlə təmin olunacaqlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "İnzibati icraat haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, inzibati icraatda iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin edilirlər. Bu halda ixtisaslaşmış vasitəçilər bu qanunun məqsədləri üçün tərcüməçi hesab olunurlar.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.