Ölkə

Ticarət mərkəzində hadisə baş verən liftin istismarı qadağan edildi

16 May 2020 11:24
0 Şərh     Baxış: 1 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə "Bazar Store" ticarət mərkəzində fəaliyyətində nöqsan aşkarlanan liftin istismarı qadağan edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qazanqaldırıcı və Energetika Qurğularında İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Müfəttişliyinin baş məsləhətçisi - baş mütəxəssis Vidadi Bədəlov deyib.

Baş mütəxəssis bildirib ki, Gəncə şəhəri, N.Nərimanov prospekti 87 ünvanında yerləşən "Bazar Store" MMC-yə məxsus mağazada quraşdırılan yük liftində baş vermiş hadisə ilə əlaqədar Agentliyin Qərb regional müfəttişliyinin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılaraq akt tərtib edilib. Hazırda liftin istismarı dayandırılıb.

Xatırladaq ki, bir neçə gün öncə adı çəkilən mağazada liftin hərəkətində problem yaranıb. Nəticədə mağazanın satıcısı liftin şaxtasına düşərək xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.