Ölkə

Azərbaycanda daha 13 məhkum koronavirusa yoluxub - RƏSMİ

15 May 2020 17:53
0 Şərh     Baxış: 1 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda cəzaçəmə müəssisələrində koronavirusa yoluxma halları davam edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, daha 13 nəfər məhkum bu virusa yoluxub: "Cəzaçəkmə müəssisələrində 33 məhkumda koronavirus aşkar edilmişdi. Hazırda koronavirusa yoluxan məhkumların sayı 46 nəfərə çatıb. TƏBİB və Penitensiar Xidmətin tibbi briqadalarının birgə səyi ilə həmin xəstələrin müalicəsi davam etdirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.