Ölkə

Nəsimi camaatı rahat nəfəs ala bilər: Oğru dəstə tutuldu

15 May 2020 11:54
0 Şərh     Baxış: 1 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda mənzillərdən oğurluq edən dəstə yaxalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Bakı şəhər sakini Anar İmanov Nəsimi rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, mayın 13-də axşam saatlarında evinə gələrkən naməlum şəxslərin onun mənzilinə daxil olmağa cəhd etdiyini görüb. Həmin şəxslər onu görüb hadisə yerindən qaçıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 178-ci (dələduzluq) maddələri ilə məhkum olunan, 2004-cü il təvəllüdlü İlkin Salayev, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə əvvəllər məhkum olunmuş, Qazax rayon sakini, 2005-ci il təvəllüdlü Xəyal Vəliyev və onun qardaşı 2002-ci il təvəllüdlü Oruc Vəliyev saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər mayın 12-də Nəsimi rayonu, Cavadxan küçəsində H.Almirzəyevin evindən pul, bank kartı və 450 manat dəyərində mobil telefon oğurlayıblar.

Faktla bağlı araşdırmalar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.