Bakıda qadın qarət olunub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Şəhər sakini, 1994-cü il təvəllüdlü A.D küçədə naməlum şəxsin hücumuna məruz qalıb.Həmin şəxs qadının boynundakı dəyəri 1 800 manat olan brilliant boyunbağını qopararaq hadisə yerindən qaçıb.
Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Nazim Məmmədov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Milli.Az