Ölkə

Milli Məclisin komitəsi koronavirusla bağlı regionlarda məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə edəcək

14 May 2020 13:15
1 Şərh     Baxış: 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti onlayn iclası keçiriləcək.

Milli.Az xəbər verir ki, Milli Məclisdən Trend-ə verlən məlumata görə, iclasda "İstehsalat və məişət tullantıları haqqında", "Heyvanlar aləmi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" və "Bələdiyyələrin su təsərrüfatı haqqında" qanunlara dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi nəzərdə tutulub.

Onlayn iclasda Regional məsələlər komitəsinin növbəti dövr üçün fəaliyyəti, koronavirus infeksiyası ilə əlaqədar respublikamızın regionlarında fəaliyyət məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələr və həyata keçirilən sosial tədbirlər barədə fikir mübadiləsi aparılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.