Ölkə

Alça və çiyələyin qiyməti ucuzlaşıb

13 May 2020 18:04
6 Şərh     Baxış: 2 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycanda mövsümü məhsulların qiyməti ucuzlaşıb".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, mövsümi meyvələrin ucuzlaşmasına səbəb məhsul bolluğudur:

"Ötən illə müqayisədə mövsümü meyvələrin qiymətində ucuzlaşma nəzərə çarpır. Məsələn, bu il daxili bazarda çiyələyin 1 kiloqramının qiyməti 1 manat 50 qəpik - 2 manatdır. Amma keçən il bu meyvənin qiyməti 3-4 manat idi. Həmçinin bazarda ötən illə müqayisədə alçanın da qiyməti ucuzdur. Məhsul bolluğu olduğundan fermerlər yetişdirdikləri meyvələri satıb qurtara bilmir. Ona görə də qiymətləri ucuzlaşdırıblar. Bu məhsulların qiymətini fermerlər bazara uyğun müəyyən edirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.