Ölkə

Azərbaycanda yaşayan əcnəbilərin nəzərinə: müddət uzadıldı

12 May 2020 14:02
0 Şərh     Baxış: 2 133
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə qalma müddəti yenidən uzadılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin 31 may 2020-ci il tarixinədək uzadılmasını, miqrasiya qanunvericiliyinə əsasən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadıla biləcəyini və əcnəbilərin ölkəni tərk etmə imkanlarının məhdud olduğunu nəzərə alaraq, müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) 60 gün uzadılmış əcnəbilərin ölkədə olması dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Eyni zamanda, bildirilir ki, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaqdır. Bununla bağlı əlavə məlumat veriləcəkdir.

Əlavə məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.