Ölkə

Bakıda polis nəzarəti - FOTOlar

8 May 2020 21:20
1 Şərh     Baxış: 2 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, əhalinin karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Karantin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülür.

Belə ki, paytaxtda polis və Daxili Qoşunların hərbi qulluqçuları əhalinin sıx toplaşdığı yerlərdə-poçt məntəqələrinin, bankların, idarələrin qarşısında vətəndaşlara xüsusi karantin rejiminin tələblərini izah edərək sosial məsafənin yaradılmasını təmin edib. 

Polis əməkdaşları vətəndaşların diqqətinə çatdırıb ki, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək lazımdır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.