Ölkə

Xaricdə olan vətəndaşlarımız yaxın vaxtlarda ölkəyə gətiriləcək

5 May 2020 18:01
1 Şərh     Baxış: 2 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xaricdə olan vətəndaşlarımız yaxın vaxtlarda xüsusi çarter reysəri ilə ölkəyə gətiriləcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının xarici ölkələrdən gətirilməsi məsələsi daim müzakirə olunur: "Lakin onların yerləşdirilməsi üçün müəyyən yerlər olmalıdır ki, karantində normal şəraitdə saxlanılsınlar. Bu istiqamətdə bəzi problemlər həmin ölkələrdəki karantin yerləri ilə də bağlıdır. Amma qərara alınıb ki, xaricdə olan vətəndaşlarımız xüsusi çarter reysəri ilə ölkəyə gətirilsin. Bu məsələ yaxın vaxtlarda həllini tapacaq"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.