Ölkə

Situasiya yenidən pisləşsə, karantin rejimi yenidən sərtləşdirilə bilər - TƏBİB

5 May 2020 17:47
Baxış: 3 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Situasiya yenidən pisləşməyə doğru getsə, ola bilər ki, regional olaraq, yaxud daha geniş miqyasda karantin rejiminin qaydaları yenidən sərtləşdirilsin.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

O, insanlara karantin tədbirlərinə əməl etməsi üçün çağırış da edib:

"Biz yenidən xalqa müraciət edirik ki, karantin rejiminin daha da yumşaldılmasını istəyirik, sərtləşməsini istəmirik. Bizim üçün önəmli olan insanların sağlamlığıdır. Qaydalara əməl etməklə karantindən çıxmaq olar. Təəssüf ki, biz bu gün görürük ki, qaydalara heç kim riayət etmək istəmir. Rəqəmlər də onu göstərir ki, vəziyyət pisləməyə doğru gedir".

Y.Qarayeva əlavə edib ki, ölkədə yeni yoluxma halları həm Bakıda, həm də regionlarda müşahidə edilib. Onun sözlərinə görə, yumşaldılma tədbirlərinin tətbiq edildiyi ərazilərdə də yoluxma sayı artarsa, karantin tədbirləri yenidən sərtləşdirilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.