Ölkə

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edildi

5 May 2020 11:55
0 Şərh     Baxış: 1 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin bu gün keçirilən iclasında Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev və Qürbət Əsgərovun vəzifələrinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri, həmçinin, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilib.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.