Ölkə

“Bizə dedilər ki, qaçın, canınızı qurtarın” - FOTO

5 May 2020 10:28
0 Şərh     Baxış: 1 554
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xətai rayonu, Həsən Salmani küçəsi, bina 15-də yaşayan altı ailə hər gün böyük təhlükə altında yaşadıqlarını bildirir.

Milli.Az xəbər verir ki, bununla bağlı qafqazinfo-ya müraciət edən sakinlərin sözlərinə görə, yaşadıqları bina qəzalı vəziyyətdədir və burada yaşamaq çox risklidir: 

"1912-ci ildən istismara verilən binadır. 3-cü blokun vəziyyəti gün-gündən daha da pisləşir. Bir müddət əvvəl qonşuların bir neçəsi köçürüldü. Bütün qışı binanın hissə-hissə qırılıb töküldüyünün şahidi olduq. İki il bundan qabaq 2-ci mərtəbədə yaşayan qonşunun döşəməsi qırıldı, qadın 1-ci mərtəbədə yaşayan qonşunun evinə yıxıldı. Bir ay Musa Nağıyev adına 1 saylı xəstəxanada ağır vəziyyətdə yatdı.  FHN-in bir qrup əməkdaşı o zaman gəlin binanı yoxladı. Bizə dedilər ki, qaçın, canınızı qurtarın. Amma bizim də müraciət etmədiyimiz qurum qalmayıb. Hər gün risk altında olmağımıza baxmayaraq taleyimizlə maraqlanan yoxdur. Hara gediriksə də bizi Xətai rayon İcra Hakimiyyətinə yönləndirirlər.  İcra da 2 ildir ki, bizim köçürülmə məsələmizi həll etmir".

"Qafqazinfo" məsələylə bağlı Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovla əlaqə saxlayıb. P.İmanov  problemdən xəbərdar olduqlarını bildirib: "Məsələ nəzarətimizdədir. İcra hakimiyyəti olaraq bununla bağlı aidiyyəti orqanlara müraciət etmişik. Onlardan cavab gözləyirik".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.