Ölkə

Bakı-Sumqayıt yolunda beton sədlər yığışdırılır? - RƏSMİ CAVAB

4 May 2020 15:19
0 Şərh     Baxış: 1 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı-Sumqayıt yolunda yerləşdirilən beton arakəsmələr ərazidən götürülür".

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. 

O bildirib ki, yenidənqurma işləri çərçivəsində Bakı-Sumqayıt şossesində qoyulmuş beton arakəsmələr yoldan kənarlaşdırılır:

"Sözügedən ərazidə yerləşdirilən beton arakəsmələrlə bağlı bəzi vətəndaşlar tərəfindən agentliyə müraciətlər ünvanlanıb. Ümumilikdə, vətəndaşların müraciətləri nəzərə alınaraq, aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılıb. Ortaq razılıq əsasında, sözügedən ərazidə yenidənqurma işləri çərçivəsində aparılan layihədə dəyişiklik olunub. Hazırda ərazidə qoyulan dəmir-beton maneələr yoldan kənarlaşdırılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.