Ölkə

Mayın 4-dən Bakıda bulvar və parklar açılmayacaq - AÇIQLAMA - YENİLƏNİB

2 May 2020 12:55
10 Şərh     Baxış: 5 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

12:55

Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki qərarı ilə ölkənin bir hissəsində parklara girişə icazə verilib. 

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, qərarda "bulvar" sözü yer aldığı üçün sosial şəbəkələrdə insanlar bunun Bakı bulvarına aid olduğu qənaətinə gəliblər. Lakin bu qərar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna aid deyil.

Bu 4 şəhər və 1 rayonda parklara, bulvar ərazisinə, istirahət mərkəzinə giriş hələ də qadağandır. Mayın 4-dən Naxçıvanda və ölkənin digər rayonlarında bulvar, park və istirahət məkanlarına giriş sərbəst olacaq. 

Bu rayonlarda da parklarda və ictimai iaşə obyektlərində insanların bir yerdə 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

--------

12:31

"Bulvara girişlə bağlı məhdudiyyətin aradan qaldırılması Operativ Qərargahın qərarından asılıdır. Nə vaxt qərar verilsə, bulvara girişə qoyulan məhdudiyyət o zaman aradan qaldırılacaq".

Milli.Az xəbər verir ki, bunu yenicag.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib.

Onun sözlərinə görə, qərar paytaxt ərazisində olan parklara şamil olunmur:

"Xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı qərarda bulvara girişə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı bənd yoxdur. Operativ Qrargahın qərarı Bakıdakı park və bulvara aid deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.