Ölkə

Samuxda DƏHŞƏTLİ QƏZA: ölən və xəsarət alanlar var - ADLAR MƏLUM OLDU - FOTO

2 May 2020 10:09
0 Şərh     Baxış: 1 419
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Lüksemburq kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21 06" markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil Kür çayına aşıb. Qəza zamanı 6 yaşlı uşaq boğularaq ölüb, 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Ölən və xəsarət alanların kimliyi məlum olub. Ölən şəxs 2014-cü il təvəllüdlü Süleymanov Hüseyn Elnur oğlu, ağır xəsarət alan şəxs isə Məmmədov Raqif Qəzənfər oğludur. Digər iki nəfər yüngül xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.