Ölkə

Lənkəranda keçmiş məhkumlardan narkotik aşkarlandı - FOTO

2 May 2020 09:59
0 Şərh     Baxış: 1 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Lənkəran rayonunun Liman şəhər sakini Azər Məlikov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı 3 bükümdə, 3 qrama yaxın çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb. A.Məlikova narkotik vasitəni satan şəxsin Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Səlimov olduğu müəyyən edilib və o polis əməkdaşları tərəfindən saxlanılıb. V.Səlimovun üzərindən və yaşadığı evdən 2 bükümdə ümumi likdə 130 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.