Ölkə

Mavritaniyada çətinliklə üzləşən azərbaycanlı dənizçilərə yardım edilib

30 Aprel 2020 15:22
0 Şərh     Baxış: 1 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mavritaniya İslam Respublikasında fəaliyyət göstərən, dənizçiləri işlə təmin edən xarici şirkət tərəfindən dəvət alan, lakin ciddi çətinliklərlə qarşılaşan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət 4 dənizçi mövcud problemlərlə əlaqədar olaraq Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinə müraciət ünvanlayıb.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun Trend-ə verdiyi məlumata görə, müraciətə dərhal reaksiya verilərək Dövlət Dəniz Agentliyi tərəfindən dənizçilərlə əlaqə saxlanılıb, dənizçilərin problemlərinin həlli istiqamətində vacib addımlar atılaraq onların otel və digər xərcləri ödənilib, lazımi köməkliyin göstərilməsi təmin edilib.
Dövlət Dəniz Agentliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə dənizçilərlə mütəmadi əlaqə saxlayaraq onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görməkdədir.

Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniya İslam Respublikası və Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiq edilməsi, sərhədlərin bağlı olması, gediş gəlişin qadağan edilməsi səbəbindən dənizçilərin ölkəyə qayıtmasının mümkünsüzlyünü nəzərə alaraq onların gündəlik problem və çətinliklərinin həlli üçün lazımi effektiv addımlar atılır, bütün maddi ehtiyaclar ödənilir.

Qeyd edək ki, karantin rejimi bitdikdən sonra yaranan ilk fürsətdə dənizçilərin vətənə geri dönməsi təmin ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.