Ölkə

Azərbaycanda bu siniflərdə tədris erkən bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA

28 Aprel 2020 17:23
0 Şərh     Baxış: 5 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil Nazirliyi doqquzuncu və 11-ci siniflərdə tədrisinin daha erkən bərpası barədə yayılan məlumatlara münasibət bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Təhsil nazirinin müşaviri Elnur Məmmədov məsələ barədə danışarkən bildirib ki, doqquzuncu və 11-ci siniflərdə tədrisin daha erkən bərpa olunması onların buraxılış sinifləri olması ilə əlaqəlidir:

"Bəzi ölkələr də bu təcrübəni tətbiq edir. Bəzi ölkələrdə ilk olaraq ibtidai siniflərin dərsləri başlayır. Bu da o yaşda orada yoluxmanın az olması ilə əlaqədardır. Doqquzuncu  və 11-ci siniflərdə tədrisin erkən bərpa olunması isə onların buraxılış sinifləri olması ilə əlaqədardır. Onları qarşıda buraxılış və qəbul imtahanları gözləyir".  

"Bizdə də nəzəri olaraq bu qərar verilə bilər. Digər ölkələrdə ümumtəhsil səviyyələri üzrə belə bölgülər var. Ən əsası, gigiyenik təhlükəsizliyi təmin edə bilməkdir", - deyə müşavir qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.