Ölkə

Bərbərxana və salonlar nə vaxt açılacaq? - AÇIQLAMA

27 Aprel 2020 11:46
0 Şərh     Baxış: 10 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərbərxana və salonlarda insanların yaxın təması olur. Bu təhlükə səbəbindən həmin obyektlər açılmadı. Buna Operativ Qərargahdakı mütəxəssislər qərar verir. Təhlükə var ki, açmayıblar. 
Karantin rejiminin yumşaldılması, hansı obyektlərin fəaliyyətə başlaması araşdırmalar, hesablamalar, təhlükələr nəzərə alınmaqla həyata keçirilir. Əgər ilk etapda bərbərxana və salonlar açılmayıbsa, deməli, təhlükə ola biləcəyi ehtimalındandır.

Milli.Az xəbər verir ki, bunu modern.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev karantin rejiminin yumşalması ilə bağlı fikirlərini bölüşərkən deyib.
C.İsayev qeyd edib ki, bərbərxana və qadın salonların açılması növbəti etapda müşahidə edilə bilər:

"Bərbərxana və salonlarda insanların yaxın təması olur. Bu təhlükə səbəbindən həmin obyektlər açılmadı. Buna Operativ Qərargahdakı mütəxəssislər qərar verir. Təhlükə var ki, açmayıblar, olmasaydı, açardılar".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operatv Qərargahın qərarı ilə bu gündən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb. Bir sıra iş yerləri və xidmət sahələrinin fəaliyyətinə icazə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.