Bakıda uşaq ölü doğulub.
Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, hadisə ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.
37 həftəlik hamilə G.Davudova qəsəbədə yerləşən 4 saylı Doğum Evinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun bətnindəki döl ölü doğulub.
Meyit daxili müayinə üçün ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az