Ölkə

Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - Nazir müavinindən AÇIQLAMA

25 Aprel 2020 11:54
0 Şərh     Baxış: 3 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda koronavirusun yayılmağa başlamasından sonra sosial şəbəkələrdə Şəki şəhərində yoluxmaların çox yüksək olması barədə məlumatlar paylaşılırdı. Eyni zamanda, bu regionun qırmızı zona olduğu bildirilmişdi.

Milli.Az xəbər verir ki, Səhiyyə nazirinin müavini Viktor Qasımov Oxu.Az-a açıqlamasında deyib ki, artıq Azərbaycanda elə bir region var ki, xəstəlikdən tamamilə azad olub:

"Amma sabah həmin regionlarda yeni yoluxma baş verə bilər. Bu gün regionların adlarını tam sadalamaq düzgün deyil. Sadəcə, hazırda müəyyən ərazilər var ki, koronavirusdan qurtulub. 

Məsələn, Şəkidə hazırda koronavirusa yoluxma yoxdur. Ölkənin 12 rayonunda xəstəlik vardı, indi xəstələr sağalıb və epidemik ocaq ləğv olunub".

"Bakı şəhəri üzrə koronavirusa yoluxma çoxdur. Eyni zamanda, cənub zonasında yoluxma yüksəkdir. Hazırda bununla bağlı müvafiq tədbirlər aparılır", - deyə nazir müavini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.