Ölkə

İyun ayına şadlıq evlərində boş yer yoxdur

23 Aprel 2020 14:24
4 Şərh     Baxış: 1 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi məhdudiyyətlərlə əlaqədar martın 15-dən etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlər keçirilmir. 

Bu durğunluq Ramazan ayının başlaması səbəbindən hələ mayın sonuna qədər davam edəcək. 

Milli.Az xəbər verir ki, restoran sahibləri Baku TV-yə açıqlamalarında bildiriblər ki, Ramazan may ayına təsadüf etdiyi üçün toylarda aktivlik gözlənilmir.

Eyni zamanda, karantinlə əlaqədar təxirə salınan toylar növbəti aylara keçirilib. Mayın sonundan etibarən şadlıq evlərində, demək olar ki, bütün günlərə sifarişlər qəbul edilib. 

Qiymətlərə gəldikdə, hələlik nə azalma, nə də artım nəzərdə tutulmur. Məbləğ ənənəvi qaydada, menyulara uyğun və adam sayına görə müəyyənləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.