Ölkə

“Azəriqaz”: İlin 3 ayı ərzində qeydə alınan abonentlərin sayı 20 mini ötüb

20 Aprel 2020 23:39
0 Şərh     Baxış: 3 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlin 3 ayı ərzində qeydə alınan abonentlərin sayı 20 mini ötüb.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin mart ayı ərzində İstehsalat Birliyində əhali sektoru üzrə 5 135 yeni abonent qeydiyyata alınıb. Bu statistik göstəriciyə Bakı, Abşeron və Sumqayıt üzrə 3 486, regionlar üzrə isə 1 649 abonent daxildir.

2020-ci ilin ilk 3 ayı ərzində isə (yanvar, fevral və mart) əhali sektoru üzrə 23 581 yeni abonent qeydiyyata alınıb. Beləliklə, hazırda Azərbaycanda qazla təmin edilən əhali qrupu abonentlərinin ümumi sayı 2 milyon 271 min 431-ə bərabərdir. Bundan 1 milyon 396 min 145 abonent regionların, 875 min 286 abonent Bakı şəhərinin payına düşür.

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 618 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 min kubmetr limit ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.