Ölkə

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

20 Aprel 2020 09:55
1 Şərh     Baxış: 3 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi uzadılıb.

Milli.Az xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb. 

Qeyd edək ki, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq, bu həftə ərzində ictimaiyyətə təqdim olunacaq.

Eyni zamanda, ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.