Ölkə

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin 7%-i dövlət büdcəsinə köçürüləcək

17 Aprel 2020 17:19
1 Şərh     Baxış: 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı tətbiq edilən cərimələrin 7%-i dövlət büdcəsinə köçürüləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Belə ki, təkilf edilən dəyişikliyə əsasən, yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlərin 7%-i dövlət büdcəsinə köçürüləcək.

Dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.