Ölkə

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir - VİDEO - FOTO

15 Aprel 2020 16:29
Baxış: 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi məşqlər başlayıb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, xüsusi olaraq hazırlanmış mühəndis şəhərciyində qoşunlara mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə şəxsi heyətlə məşqlər keçirilir.

Çətin relyefli ərazidə şərti düşmənin hazırladığı mühəndis maneələrindən piyada və döyüş texnikası üçün keçidlər açılır, kolon yolları hazırlanır, su maneələri üzərində körpülər və bərələr qurulur.

Bundan əlavə, hərbi mühəndislər ərazinin kəşfini aparır, tabel və əlaltı vasitələrdən istifadə etməklə partlayan və partlamayan mühəndis maneələri qurur, eləcə də fortifikasiya qurğularını hazırlayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.