Ölkə

Maliyyə dəstəyi proqramına müraciət edən fərdi sahibkarların SAYI açıqlandı

14 Aprel 2020 11:13
Baxış: 2 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 9-dan başlayaraq 108 53 muzdlu işçisi olan 1000-dən yuxarı vergi ödəyicisi olan hüquqi şəxs və 600-dən çox fərdi sahibkar maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə şərhində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitki Ayaz Museyibov qeyd edib.

Analitikin sözlərinə görə, 2020-ci il 19 mart tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Sərəncam imzalandı:

"Müvafiq sərəncam əslində qlobal pandemiyaya qarşı müvbarizənin bütün hüquqi və normativ çərçivəsini formalaşdırmış oldu. Sözügedən Sərəncamda nəzərdə tutulmuş tapşırıqların icrası çərçivəsində 4 əsas istiqamət üzrə işçi qruplar formalaşdırıldı və pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sektorlarının, sahibkarlıq subyektlərinin və sadə vətəndaşların mənfi təsirlərdən qorunması üzrə müvafiq mexanizmlərin formalaşdırılmasına başlanıldı. 2020-ci ilin 04 aprel tarixində isə Nazirlər Kabineti müvafiq Sərəncamın 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planını təsdiq etdi. Qısa zaman ərzində müvafiq istiqamətlər üzrə işlərə başlanıldı və aidiyyəti sahələr üzrə hesablama və araşdırılmalar aparılmaqla dəstək proqramının icrasına başlanıldı".

A.Museyibov qeyd edib ki, ilkin olaraq, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramına start verilib:

"Müəyyənləşdirilmiş mexanizmlər çərçivəsində müraciət qaydaları və vəsaitlərin köçürülməsi müəyyənləşdirilib, müraciətlərin qəbulu və maliyyə vəsaitlərinin köçürülməsinə başlanılıb. Qeyd edək ki, bu tədbirlər çərçivəsində sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi, sosial sığorta haqqları üzrə yüklərinin azaldılması, sahibkarların muzdlu işçilərinə ödədikləri əmək haqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi nəzərdə tutulub. Fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyinin göstərilməsi təmin ediləcək. Artıq aidiyyəti dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərinin müraciətlərinin asanlaşdırılması ilə bağlı xüsusi proqram təminatı hazırlanıb və istifadəyə verilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.