Ölkə

700-ə yaxın sürücünün taksi fəaliyyətinə icazə verilib

11 Aprel 2020 15:07
0 Şərh     Baxış: 1 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən 679 nəfər taksi fəaliyyəti göstərən şəxslə bağlı məlumat "icaze.e-gov.az" portalına göndərilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qurumun mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bu saata qədər Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 679 nəfər taksi fəaliyyəti göstərən şəxslərin taksi fəaliyyətinə icazə verilib.

Xatırladaq ki, Bakı, Gəncə və Sumqayıt şəhərləri istisna olmaqla Azərbaycanın regionlarında fəaliyyət göstərən taksi sürücüləri artıq Azərpoçtdan da fərqlənmə nişanını əldə edə bilərlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.