Ölkə

Azərbaycanın bank sektorunun aktivlərinin ümumi həcmi açıqlanıb

10 Aprel 2020 14:33
Baxış: 1 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın bank sektorunun aktivləri 2019-cu il ərzində 10,9% (3,2 mlrd. manat) artaraq 32,7 mlrd. manat təşkil edib ki, bu da qeyri-neft ÜDM-in 65%-dir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabatda deyilir.

Bank aktivlərinin 45%-ni (14,9 mlrd. manat) müştərilərə verilmiş kreditlər təşkil edir. 2019-cu ildə kredit qoyuluşları 17,5% artıb ki, bu da əsasən ev təsərrüfatlarına kreditlərin 22,1% artmasından irəli gəlib.

2019-cu il ərzində bank sektorunun cəmi öhdəlikləri 10,7% (2,7 mlrd. manat) artaraq 28,1 mlrd. manat təşkil edib. Depozitlər cəmi öhdəliklərin 75,8%-i həcmindədir ki, bunun da 40%-i (8,7 mlrd. manat) əhalinin əmanətləridir. Əhalinin bank əmanətləri 3,1% artaraq 8,7 mlrd. manata çatıb. Əmanətlərin 84%-i Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.