Ölkə

Azərbaycan vətəndaşlığına qəbul edilən və çıxarılanların sayı açıqlanıb

9 Aprel 2020 19:49
2 Şərh     Baxış: 1 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keçən il Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitam ilə bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından 1074 müraciət daxil olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında icmal hesabatda əksini tapıb.

Sənədə əsasən, 477 şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub, 15 şəxs (13 şəxsin vəsatətləri Dövlət Miqrasiya Xidməti tərəfindən göndərilib) Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunub. 469 şəxs (241 şəxsin vəsatətləri Xidmət tərəfindən göndərilmiş) Azərbaycan Respublikasının vətəndaşlığından çıxıb, 113 şəxsin sənədləri icradadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.