İşsiz statusu alanlara birdəfəlik ödəmələrlə bağlı YENİ XƏBƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Aprelin 1-dən sonra da işsiz statusu alanlara birdəfəlik ödəmələr veriləcək".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Şöbə müdiri bu ödəmənin verilməsi üçün yalnız aprelin 1-dək deyil, aprelin 1-dən sonra da işsiz statusu alan şəxslərin nəzərdə tutulduğunu açıqlayıb.
Onun sözlərinə görə, bəzən yanlış fikirlər səslənir ki, kim tez müraciət etsə, onun müraciətinə baxılacaq:
"Bu, belə deyil. Müəyyən edilmiş kateqoriyaya aid olan və nə vaxt müraciət etməyindən asılı olmayaraq, aprelin 20-dək uçota alınmış işsiz statusunun daşıyıcıları və digər ödənişlər almayan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına 190 manat məbləğində ödənişlərin verilməsi həyata keçiriləcək. Bu şəxslərin sayı 200 minədək ola bilər. Son zamanlar sistem yüklənib. Buna görə də qərar verilib ki, qrafik əsasında müraciətlərin daha tez uçota alınmasını həyata keçirək və eyni zamanda tələb olunan vəsaitlərin həcmini nəzərə ala bilək".
B.Hüseynov bunu da əlavə edib ki, əgər müraciət edən ər və ya arvaddan - ailə üzvlərindən birinin aktiv əmək müqaviləsi varsa, onlara bu ödənişin verilməməsi nəzərdə tutulmayıb.
Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur.
İşsiz kimi qeydiyyata alınan şəxslərdən isə hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara birdəfəlik ödəmə verilməyəcək. Birdəfəlik ödəmə məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərlə yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində müraciət edərək bu statusu alacaq şəxslərə də şamil olunacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
Füzulidə ağır qəza: 1 ölü, 3 yaralı var
XƏBƏR LENTİ
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Füzulidə ağır qəza: 1 ölü, 3 yaralı var
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı





