Ölkə

Vilayət Eyvazovdan yeni QƏRAR

7 Aprel 2020 15:10
Baxış: 3 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları tərəfindən dövlət himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları" təsdiqlənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Dövlət himni ifa edildikdə əməkdaşlar onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun oxumalıdırlar.

Qərarda göstərilir ki, dövlət himni ifa edildiyi zaman sıradakı əməkdaşlar komanda verilmədən farağat vəziyyətini alır, rəislər (komandirlər) hərbi salam verir.

Sıradan kənarda olan əməkdaşlar himn ifa edildikdə farağat vəziyyətini alır və hərbi salam verir.

Əməkdaşlar tərəfindən dövlət himninin təhrifinə və başqa dildə oxunmasına yol verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.