DİN-dən maska və əlcək cəriməsi ilə bağlı AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı zərurət olmadan evdən çıxmağın qadağan olunmasından sonra ən çox müzakirə olunan məsələlərdən biri də vətəndaşların tibbi maska və əlcəkdən istifadə edib-etməməsi məsələsi olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, virusun ölkəmizdə yayıldığı ilk günlərdə və hazırda da maska qıtlığının yaşanması müşahidə olunur. TƏBİB rəsmiləri bir neçə dəfə tibbi maska və əlcəyin vətəndaşları virusdan qorumadığını, bu vasitələrdən yalnız virusa yoluxmuş şəxslər və tibb heyətinin istifadə etməli olduğunu qeyd ediblər. Bu hal, həmçinin, daha çox risk altında olan tibb heyətini maska ilə təmin etməyə çətinlik yaratmaması üçün nəzərdə tutulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın karatin rejimi ilə bağlı açıqladığı qaydalar planında da maska və əlcəklə bağlı hər hansı tələb və ya tövsiyə qeyd olunmayıb.
Lakin son günlər polis əməkdaşlarının paytaxt, Sumqayıt və Abşeronda apardığı reydlər zamanı maska və əlcəkdən istifadə etməməyə görə vətəndaşları cərimələməsi haqda məlumatlar yayılmışdı. İnsanlar sosial şəbəkələrdə bundan narazılığını bildirirdi.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev də mətbuata açıqlamasında tibbi maska və əlcəkdən istifadə etmənin karantin rejiminin tələbi olduğunu bildirmişdi.
Daxili İşlər Nazirliyi artıq bu məsələyə bir daha aydınlıq gətirib.
Qurum rəsmisinin adından yayımlanan video açıqlamada qeyd edilib ki, maska və əlcəkdən istifadə etməməyə görə vətəndaş cərimə edilmir:
"Xüsusi karantin rejimində küçəyə çıxan şəxslərin əlcək geyinməməsinə və maska taxmamasına görə hüquqi məsuliyyət nəzərdə tutulmayıb".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Məni küftə-bozbaş verdiyiniz toya çağırmayın" - Vüqar
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
-
Mələkxanım Eyubova gəlini ilə - FOTO
-
Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi
-
Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır
-
Yazıçı Anar: "Lalə Məmmədova kimdir?"
XƏBƏR LENTİ
-
Qvardiola “Mançester Siti”dən ayrılır
-
Yaşıl tərəvəz şirələri həqiqətən detoks effekti yaradır?
-
"Real Madrid" Arda barədə QƏRARINI VERDİ
-
"Məni küftə-bozbaş verdiyiniz toya çağırmayın" - Vüqar
-
“Mingəçevir” pley-off-da
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
-
Mələkxanım Eyubova gəlini ilə - FOTO
-
İlk dəfə “Qarabağ”ın heyətində meydana çıxacaqlar
-
Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
-
Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi
-
Bəhreynin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
UFC prezidenti Dana Uaytdan Azərbaycan azarkeşlərinə xüsusi çağırış: "Bakı, hazır olun!"
-
Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib
-
Şeyx Məhəmməd bin Raşid Al Maktum Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
BƏƏ Prezidenti İlham Əliyevi təbrik edib
-
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
-
Sərvəti 1 milyardı keçdi
-
Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab
-
Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır
-
Yazıçı Anar: "Lalə Məmmədova kimdir?"
-
Mehdiabadda qazın verilişi DAYANDIRILACAQ - YENİLƏNİB
-
Sabiq partiya sədrinə hökm oxundu





